Azərbaycan avrokuboklardakı bir yerdən məhrum edildi

Azərbaycan avrokuboklardakı bir yerdən məhrum edildiAvropa Həndbol Konfederasiyası (EHF) ölkələrin yeni klub reytinqini açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, cədvəl 2018/19, 2019/20 və 2020/21 mövsümlərinin nəticələrinə əsasən tərtib olunub.
Bu cədvəl avrokubokların 2022/23 mövsümündəki klub təmsilçiliyini müəyyənləşdirib. Azərbaycana qitə səhnəsində verilən yerlər məlum olub.
Yeni mövsümdə ölkəmiz ümumilikdə 6 komanda ilə təmsil olunmaq hüququna malikdir. Hazırda davam edən mövsümdə Avropaya 7 komanda çıxarmaq imkanı olan Azərbaycan avrokuboklardakı yerlərinin birindən məhrum edilib.
Buna qadın həndbolçuların geriləməsi səbəb olub. Qadınların siyahısında Azərbaycan 3,67 xalla 35-cidir. Bir il əvvəl 25-ci olan ölkəmiz 10 pillə aşağı yuvarlanıb.
Bu, Azərbaycana qarşıdakı mövsümdə hamısı EHF kubokunda olmaqla üç yer verir. Hərçənd bir il əvvəl bu rəqəm 4-ə bərabər idi. Həmin vaxt bir komandamız Avropa Liqası, üçü EHF kubokunda çıxış edə bilərdi. Lakin Azərbaycan Həndbol Federasiyası son illərdə yalnız bir komanda "Azəryol"u EHF kubokuna sifariş edir. Bu komandanın da ardıcıl uğursuzluqları vəsiqələrin itirilməsi ilə nəticələnib.
Kişilərin reytinq siyahısında isə Azərbaycan 0,67 xala malikdir. Bir pillə irəliləyərək, Gürcüstanı keçən ölkəmiz 41-ci sırada qərarlaşıb.
Bu göstərici Azərbaycana yalnız EHF kubokunda təmsil olunmağa, bu yarışa üç komanda sifariş etməyə hüquq var. Son illərdə də eyni hüquqa malik olsaq da, kişi həndbolçularımız qitə kuboklarına qatılmayıb.
Qeyd edək ki, reytinq siyahılarında kişilərdə Almaniya (145,00), qadınlarda Macarıstan (157,67) 1-ci pillədədir.

İdman       Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az son xeberler az gunun xeberleri hava durumu