Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib
Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatifdir. O, 2023-cü ilin dekabr ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda qeyd edilib. / azxeber.com

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Tanınmış həkim həbs olundu