Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin ilk iclası keçirildi
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin ilk iclası keçirilib.
Boks FederasiyasındanKONKRET.az-a verilən məlumata görə, tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib.
Federasiya prezidenti qurumun fəaliyyəti, ölkəmizdə boksun daha da inkişafı üçün Konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. Sahil Babayev boks idman növünün Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, kütləviliyi təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Nazir məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib.
Sahil Babayev İdarə Heyəti ilə bu il keçiriləcək həm ölkədaxili, həm də beynəlxalq yarışlarla bağlı fikir mübadiləsi aparıb. O qeyd edib ki, ilin sonunadək olacaq turnirlərdə Azərbaycana medallar qazandırmaq qısa müddətli plana daxildir. Orta müddətli hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayan nazir 4 illiyin ən möhtəşəm yarışında da fəxri kürsüyə yüksəlməyin əsas məqsəd olduğunu deyib. Sahil Babayev İdarə Heyətinə uzunmüddətli planı da açıqlayıb. Nazir vurğulayıb ki, hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsi və bu idman növünün hər bir rayonda inkişafına nail olmaqdır. Bunun üçün seçimlər həyata keçirilməli və federasiyada bu məsələlərlə bağlı şöbələr yaradılmalıdır.
ABF-in vitse-prezidenti Vüsal Nəsirli və İdarə Heyətinin üzvləri Fuad Hacıyevlə Rövşən Hüseynov Konsepsiya ilə bağlı öz təkliflərini veriblər.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu