Azərbaycan bu ölkələrlə quru sərhədləri AÇIR? - Mayın 1-dən

Azərbaycan bu ölkələrlə quru sərhədləri AÇIR? - Mayın 1-dənAzərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək. 
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Hazırda sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Gürcüstandan sonra digər qonşu ölkələrlə də quru yolunun açılıb-açılmayacağıdır. Bakı-Tiflis istiqamətində qatar reyslərinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından vacib addımlardan biridir.
Maraqlıdır, Gürcüstandan sonra hansı ölkələrlə sərnişindaşıma prosesi bərpa oluna bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News24.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.
O, xüsusilə qatar sərnişindaşımalarının bərpasının vacibliyini vurğulayıb:
"Bizim vətəndaşlar üçün ən çox maraq doğuran məsələlərdən biri qonşu ölkələrlə dəmir yolu nəqliyyatının bərpa olunmasıdır. Artıq verilən rəsmi açıqlamalardan belə görünür ki, Bakı-Tiflis qatar reysi yaxın zamanda fəaliyyətə başlayacaq. Bunun may ayında reallaşması gözlənilir və ümid edirik ki, bu, tezliklə həyata keçiriləcək. Hazırda Azərbaycanın bir çox rayonlarından Gürcüstana sərnişin daşınması həyata keçirilir. Bu tendensiya davam edərsə, gələcəkdə digər qonşu ölkələrlə də bu əlaqələrin genişlənəcəyini proqnozlaşdıra bilərik".
Deputat həmçinin vurğulayıb ki, Gürcüstanla sərnişindaşımanın bərpasından sonra Bakı-Moskva və Bakı-Qars istiqamətlərində də qatar reyslərinin fəaliyyətə başlaması mümkün ola bilər:
"Böyük ehtimalla, Gürcüstandan sonra Rusiya ilə, ən azından Bakı-Moskva qatar reysinin bərpası gündəmə gələcək. Əgər proseslər planlaşdırıldığı kimi gedərsə və təhlükəsizlik məsələləri tam həll olunarsa, bu istiqamətdə də addımlar atıla bilər. Əvvəllər bu reyslər fəaliyyət göstərirdi, indi isə onların yenidən işə düşməsi gündəmdədir".
Deputat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hazırda əsasən yük daşımaları üçün istifadə edildiyini qeyd edərək, bunun gələcəkdə sərnişindaşıma məqsədilə də aktivləşdirilə biləcəyini bildirib:
"Bakı-Tiflis-Qars dəmiryolu xətti əsasən yükdaşımalar üçün istifadə olunur. Amma gələcəkdə sərnişindaşımaların da burada işə düşməsi planlaşdırılır. Əgər Gürcüstanla sərnişindaşıma uğurlu alınarsa, növbəti addım olaraq həm Rusiya, həm də Türkiyə istiqamətində qatar reyslərinin bərpası mümkün olacaq. Bu proses tədricən həyata keçiriləcək və ümid edirik ki, bu il ərzində ən azı Gürcüstanla sərnişindaşıma tam gücü ilə bərpa olunacaq".
Naqif Həmzəyev əlavə edib ki, Bakı-Tiflis reysinin açılması ilə vətəndaşlar daha rahat və sərfəli nəqliyyat imkanlarına sahib olacaq:
"Hazırda avtobus və şəxsi avtomobillərlə səfər edən sərnişinlər üçün qatar nəqliyyatı daha təhlükəsiz və komfortlu alternativ olacaq. Bundan əlavə, gələcəkdə Bakı-Moskva və Bakı-Qars reyslərinin bərpa olunması turizm və ticarət sahəsində də müsbət dəyişikliklərə yol aça bilər".

Siyasi       Tarix: 13 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər son xeberler bugun 2026 canli son.xeberler xeber saytlari