Azərbaycan çempionatının oyununda kütləvi DAVA DÜŞDÜ
AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) – "Kəpəz" oyununda kütləvi dava düşüb.
KONKRET.azmilli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə meydan sahiblərinin futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.
İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstərib. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.
"Kəpəz"dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə, onların hər birinə ayrı-ayrılıqda 5 oyun cəza verilib.
Meydan sahibləri qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək.//Report

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir