Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR

Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR2024-cü ildə Azərbaycanda premium markalı "Aİ-95" və super markalı "Aİ-98" benzinin qiymətinin artması gözlənilir. Hər iki markada olan benzin Azərbaycanda idxal olunur. Sonuncu dəfə bu markada olan benzinin qiyməti 2022-ci ilin iyununda qalxmışdı.
Həmin tarixdə "Aİ-95"-in litri 1.6 manatdan 2 manata, "Aİ-98" isə 1.9 manatdan 2.3 manata qaldırılmışdı.
Müqayisə üçün bildirək ki, 2023-cü ilin oktyabr ayının 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 6 482,8 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 516,4 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyinə əsasən Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda yerli istehsal olan benzinin qiymətinin ucuzlaşacağı ilə bağlı açıqlamalar da var.
KONKRET.az xəbər verir ki, Mətbuat.az bu barədə iqtisadçıların fikirlərini öyrənib.
İqtisadçı Əkrəm Həsənov açıqlamasında bildirdi ki, o ucuzlaşma ilə bağlı fikirləri doğru hesab etmir:
"Adətən benzinin qiyməti ilə bağlı müzakirələr ediləndə deyirlər ki, ölkədə bu yanacaq növünün qiyməti dünya bazarından ucuzdur. Ona görə də mən ucuzulaşma ilə bağlı gözləntilər olduğu qənaətində deyiləm. Hətta idxal etdiyimiz benzin markalarının qiymətinin aşağı düşəcəyi ilə bağlı fikirlər də gözlənilmir".
İqtisadçı Fuad İbrahimov isə düşünür ki, əgər bizim yanacağın qiyməti dünyada satılan standartlar dəhlizində olarsa, neftin qiyməti ucuzlaşacağı təqdirdə bu yanacağın qiymətinə də mütləq şəkildə təsir edəcək. Məsələni dünya bazarındakı qiymətlərlə müqayisə edən ekspert qeyd etdi ki, Azərbaycanda dünya standartlarına əsasən müəyyən edilən qiymət yoxdur:
"Amma biz təcrübədə idxal etdiyimiz yanacağın qiymətində ucuzlaşmaları görmüşük. Bu beş, on qəpik civarında olsa da ucuzlaşmalar müşahidə edilib. Məsələyə bu nöqteyi-nəzərdən yanaşarsaq, əgər neftin qiymətində yenə də ucuzlaşma davam edərsə, bu idxal olunan məhsulun qiymətinə də təsir edəcəkdir".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycanda yerli istehsal olan benzinin qiyməti neft ucuzlaşsa belə, ucuzlaşmayacaq.
Söhbət Aİ-92 markalı avtomobil yanacağından gedir, onun qiymətini Tarif Şurası tənzimləyir. Bizim tədarükçüsü olduğumuz avtomobil yanacağının qiymətini artırmaq üçün düz iki səbəbimiz var – neft hasilatının azalması və neft emalı zavodlarının modernləşdirilməsinə kapital qoyuluşu (miqyasda). Ona görə də gələcəkdə bu xərcləri ödəmək üçün Aİ-92 markalı benzin və dizelin qiymətləri artacaq. Bu o deməkdir ki, ölkədə istehsal olunan yanacağın qiymətinin qalxması o qədər də uzaqda deyil".

Sosial       Tarix: 19 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler cəbhədən canlı kriminal xeber valyuta