Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təmaslar davam edir - Rusiya XİN
Üçtərəfli bəyanatların icrası üzrə iş bütün istiqamətlərdə davam edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
M. Zaxarova deyib ki, Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə son telefon danışığı zamanı Qarabağda münaqişəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasını müzakirə edib.
Onun sözlərinə görə, nazirlər regionda vəziyyətin sabitləşdiyini, atəşkəs rejiminə ümumilikdə riayət olunduğunu qeyd ediblər.
"Bakı və İrəvan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir. Baş verən ayrı-ayrı insidentlər hər iki tərəfdən müvafiq əməkdaşlıq kanalları ilə nizamlanır", - Rusiya XİN rəsmisi vurğulayıb.
M. Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb: "Xarici işlər və müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir. Biz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanılması prosesi ilə bağlı problemlərin kompleks həllini görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə də fəal iş aparılır".
APA

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib