Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARI

Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARIAzərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARI
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada birgə bəyanat imzalayıblar.
Bəyanat dörd bənddən ibarətdir.
Bəyanatda ilkin olaraq qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından 9 Noyabr 2020-ci il tarixli Bəyannamənin 9-cu bəndinə əsasən, Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycan və Ermənistan Respublikası Baş nazir müavinlərinin və Rusiya Federasiyasının Hökumətinin sədr müavinin birgə sədrliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.
Bəyanatın ikinci bəndinə əsasən, işçi qrup prioritet olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında dəmir yolu və avtomobil rabitəsini qurmaq, həmçinin ölkələr arasında digər sahələr üzrə əlaqələrin bərpası istiqamətində fəaliyyət göstərəcək.  
Bəyanatın növbəti bəndində qeyd olunur ki, yaxın gələcəkdə hökumətlərin baş nazir müavinləri işçi qruplar yaradacaq, onlar isə öz növbəsində nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklər.
Bəyanatın sonuncu bəndinə əsasən, İşçi Qrup, 2021-ci il martın 1-dək, Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq daşımaların təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını və cədvəlini təqdim edəcəklər.   /oxu.az

Siyasi       Tarix: 11 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər bu gunun xeberleri xəbərlər.com xeberler azerbaycan