Azərbaycan Fransaya qarşı

Azərbaycan Fransaya qarşıBu gün Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində son – 6-cı tur matçında Fransanı qəbul edəcək.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Tofiq Bəhramov adına Respublika Stadionunda meydana çıxacaq. Qarşılaşma saat 21:00-da start götürəcək və oyunu latviyalı hakimlər briqadası idarə edəcək.
Millimizin qarşılaşmaya ciddi itkilərlə çıxacağı bildirilir. Yüksək hərarət səbəbindən heyətdən uzaqlaşdırılan və İslandiya ilə oyunu buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da matçda iştirak etməyəcək. Fransa millisinin heyətində isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone Bakıya gətirilməyib və oyunda çıxış etməyəcəklər.
Qeyd edək ki, komandamız 4-cü turda Parisdə "Park de Prens" stadionunda Fransa ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olmuşdu. Bundan başqa yığmamız seçmə mərhələdə İslandiyaya iki dəfə uduzub (0:5, 0:2), Ukrayna ilə matçlarda isə bir dəfə heç-heçə edib (1:1), digər görüşdə məğlubiyyət yaşayıb (1:2).
D qrupunda hazırkı vəziyyətə görə, Fransa 13 xalla liderdir və mundiala vəsiqəni artıq təmin edib. İslandiya və Ukrayna 7 xal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Azərbaycan yığması isə 1 xalla sonuncu – 4-cü pillədədir.
DÇ-2026, seçmə mərhələ – D qrupu
16 noyabr
21:00 – Azərbaycan vs Fransa
Hakimlər:
Baş hakim – Andris Treimanis
Yan xətt hakimləri – Haralds Gudermanis, Aleksey Spasennikovs
Dördüncü hakim – Vitalis Spasyonnikovs (hamısı Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)

İdman       Tarix: 17 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026