Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - FAKTLAR

Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - FAKTLARBu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan "Şamaxı"nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.
Məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən "Şamaxı" – "Kəpəz" matçıdır.
Belə ki, hər iki futbolçu "Topaz" və digər mərc saytlarında "Şamaxı"nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə "Şamaxı" sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.
Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən "Zirə" – "Şamaxı" matçında manipulyasiya ediblər.
Adil Nağıyev "Şamaxı"nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.
Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də "iş başında" görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb. Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib.
Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra "Şamaxı"nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev "Şamaxı" – "Kəpəz" matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.
Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə vatsapla əlaqə yaradıb.
Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.
Orxanla danışıq zamanı "Zirə" – "Şamaxı" arasında baş tutacaq oyunda müdafiəçisi olduğu "Şamaxı"nın bilə-bilə passiv hərəkətlər və "səhvlər" edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib.
Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu "Zirə" – "Şamaxı" oyununda "Şamaxı"nın əsas vaxtda məğlubiyyəti, "Sumqayıt" – MOİK matçında "kimyaçılar"ın əsas vaxtda qələbəsi və "Neftçi" – "Difai Ağsu" oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.
Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona "Zirə"- "Şamaxı" oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsa da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil "Zirə" ilə kubok matçında kapitanı olduğu "Şamaxı"nın məğlubiyyətinə mərc edib.
Məlum olub ki, Adil Orxana "Şamaxı"nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə "Zirə" artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb. Orxan isə pulu qaytarmaqdan imtina edib.
Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova Vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.
"Topaz" istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. "101340" nömrəli "Topaz" məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib.
Həmin kuponların hamısında "Şamaxı" – "Kəpəz" matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən "Zirə" "- "Sumqayıt" oyununda bakılıların qələbəsi, "Neftçi" – "Qarabağ" oyununda ağdamlıların, "Araz Naxçıvan" – "Turan Tovuz" matçında isə "3.5 alt" qeyd edilib. Yekunda "Kəpəz", "Qarabağ" "Zirə" qalib gəlib, "Araz Naxçıvan"ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub.
Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

İdman       Tarix: 13 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamilo Duran bu kluba transfer olundu - Rəsmi

"Qarabağ" futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb. xəbər verir ki, bu barədə Ağdam təmsilçis

Rafael Ağayevə ağır itki

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, peşəkar idmançının atası Mahir Ağayev vəfat edib

Messi iki rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub. -a istinadən xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb

"Kəpəz"ə yeni rəhbər seçildi

"Kəpəz" PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. xəbər verir ki, bu barədə klub məlumat yayıb. İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. O bu postda Adil Vəliyevi əvəz edib. Bunda

DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO

ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.  FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf"

"Neftçi" Sloveniyada növbəti matçına çıxır

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək. xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Radniçki" (Niş) komandası ilə üz-üzə gələcək. Görüş Bak

Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı

Çexiyanı təmsil edən "Karvina" klubu danışılmış oyunlarda iştirak faktına görə Avropa Liqasından uzaqlaşdırılıb. KONKRET.azxəbər verir ki, bu qərar barədə "Football Meets Data" portalı məlumat paylaşıb

"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası

Norveç millisinin DÇ-2026-nın 1/4 finalında İngiltərəyə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra Erlinq Holandın atası Alfi Holand sosial şəbəkədə maraqlı müzakirəyə səbəb olub. xəbər verir ki, Alfi Holan

DÇ-2026: Fransa ilə İspaniya qarşılaşacaq

Futbol üzrə dünya çempionatında (DÇ-2026) yarımfinal mərhələsinə start verilir. xəbər verir ki, bu mərhələnin ilk oyun günündə Fransa yığması İspaniya millisi ilə qarşılaşacaq. Qeyd edək ki, dörddəbir finaL mərhələsində Frans


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en sonxeber hava proqnozu axsam az xeberler