Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR

Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLARAZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir.
azxeber.com xəbər verir ki, bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib. Tədbirdə iştirakçılar şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf və gələcək karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Bu il çoxmərhələli seçim prosesini uğurla tamamlayan 100 tələbə Azərbaycan Hava Yollarının müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcək, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə yaxından tanış olacaqlar. 
Azərbaycan Hava Yolları üçün Yay Təcrübə Proqramı yalnız tələbələr üçün təcrübə imkanı deyil, həm də şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına yönəlmiş uzunmüddətli inkişaf platformasıdır. Bu məqsədlə milli aviadaşıyıcı uzun illərdir ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir, tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və gələcək karyeralarını aviasiya sahəsində qurmasına dəstək verir.
Bu istiqamətdə Azərbaycan Hava Yolları ilə Milli Aviasiya Akademiyası arasında formalaşmış uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2023 - 2025-ci illər ərzində proqram çərçivəsində Akademiyanın 300-dən çox tələbəsi müxtəlif struktur bölmələrində təcrübə keçib. Onlardan 60 nəfəri proqramı uğurla başa vurduqdan sonra Azərbaycan Hava Yollarında daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini şirkətdə davam etdirir.
Son illərdə proqrama maraq da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü illə müqayisədə cari ildə müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə çatıb. Bu göstərici gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda Azərbaycan Hava Yollarının etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma kimi mövqeyinin daha da gücləndiyini göstərir.
Qeyd edək ki, bu il seçilmiş tələbələr arasında əsasən Kompüter mühəndisliyi, Aviasiya və aerokosmik mühəndislik kimi texniki ixtisaslar üzrə təhsil alan gənclər üstünlük təşkil edir. Bu, Azərbaycan Hava Yollarının strateji inkişaf prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLARAzərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR

İqtisadiyyat       Tarix: 08 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026