Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub

Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olubAzərbaycanın 20 faizdən artıq ərazisini 30 li işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək yeni ərazilər işğal etmək niyyətilə demək olar ki, hər gün işğal etdikləri və Ermənistanla sərhəd ərazilərə yaxın olan kənd və qəsəbələri iri çaplı silahlardan atəşə tuturdu. Bunun nəticəsində dinc əhali qətlə yetirilir, tarlalar yararsız hala düşür, şəxsi evlərə, təsərrüfata, mal-qaraya ziyan dəyirdi. Ermənilər "Dənizdən dənizə" sərsəm planlarını həyata keçirmək üçün hər cür provakasiyaya əl atır, eyni zamanda bir çox işlərdə Azərbaycanı günahlandırmağa çalışırdılar. 
Münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu əksinə, danışıqları uzadaraq münaqişəni Ermənistanın xeyrinə həll olunmasına çalışırdı. BMT-nin Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə verdiyi bəyanatlar yalnız kağız üzərində qalmışdı. Ermənilər xaricdəki havadarlarına arxayın olaraq öz çirkin əməllərini durmadan davam etdirirdilər. Dünya ölkələri bu işğala, bu təcavüzə göz yumur, hətta Ermənistanı blokadada saxlamaqda Azərbaycan günahlandırılırdı.
Nəhayət 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlandı.
Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də isə Azərbaycanın cəngavər oğulları 100 kilometrdən artıq ağır, keçilməz yolları keçib, qəflətən işğalçı, təcavüzkar ermənilərin üstünü alaraq, alınmaz qala sayılan, xeyli hündürlükdə yerləşən Şuşanı azad etdilər. Sağ qalan erməni əsgərləri silahı atıb geri qaçmağa məcbur oldular. Bunula da Ermənistan öz məğlubiyyətini qəbul etdi. Kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Və Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ikinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və bu taktika bir sıra ali hərbi məktəblərin dərsliklərinə salınıb.
Azərbaycan Ordusu öz gücünü, qüdrətini göstərdi. Torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğaldan azad edildi. Artıq işğaldan azad edilən ərazilərimizdə qürurla Azərbaycan bayrağı dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq." 
44 gün ərzində bütün Azərbaycan xalqı Azərbaycan Prezidentinin ətrafında sıx birləşdi. Bir oldu, həmrəy oldu. Milyonlarla insan könüllü olaraq vətəni qorumaq üçün Hərbi komissarlıqlara müraciət etdi. Qəhrəman analar öz oğullarının arxasınca su səpərək erməni quldurlarının izini torpaqlarımızdan birdəfəlik silmək üçün cəbhəyə göndərdi.
Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır və nida" ifadəsi Azərbaycanın böyük, şərəfli qələbəsinin rəmzinə, şüarına çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev: "Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir."
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi həmrəyliyi, cəsarəti, qəhrəmanlığı, vətənpərliyi bütün dünya gördü. Özlərini yenilməz hesab edən əliyalın xalqı – qadınları, uşaqları, qocaları 30 il əvvəl qətlə yetirərərək öz yurd-yuvasından didərgin salan erməni cəlladları bu haqq savaşında özlərinin nəyə qadir olduqlarını anladılar. Bu savaş azərbaycanlıların, ümumiyyətlə bütün türk xalqlarının yenilməzliyini, məğlubedilməzliyini, vətənpərvərliyini, yursevərliyini bütün dünyaya bəyan edən bir savaş idi.
2023-cü ilin sentyabr ayında isə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. 
Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır".
Şəhla Ağbulud
Yazıçı-publisist, AYB Abşeron rayon bölməsinin sədri / azxeber.com

Siyasi       Tarix: 10 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. KONKRET.azxəbər verir ki, bu barədə İlham Əliyevin X hesabında paylaşım edilib. "Mən sizin Tramp Beynəlxal

Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?

Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılsa da, danışıqların konkret tarixi hələ müəyyənləşməyib. Əvvəlki görüşdə hərbi əsirlərin mübadiləsi ilə bağlı əld

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq". -

İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatını

Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib

Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb. xəbər verir ki, bunu Monteneqro lider

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. müraciətin mətnini təqdim edir:. Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi"

Hiyləgər plan: Putin 13 canişin hazırlayır - Rusiyanı kim idarə edəcək?

Rusiya prezidenti Vladimir Putin ölkənin idarəetmə sistemini yenidən formalaşdırmağa çalışır. Lakin görünən odur ki, o, özünə vahid varis seçmək niyyətində deyil. Əvəzində hakimiyyətin davamlılığını təmin edə biləcək, yaxı

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. xəbər verir ki, dövlətimizi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər cəbhədən son vəziyyət son xabarlar axsam.az xeberler