Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idi

Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idi"Ermənistana sonuncu xəbərdarlıq edildi. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının başlaması ilə bağlı xəbərdarlıq dayanır". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 
O, qeyd edib ki, Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ifşa edildi:
"Ötən gün ölkə Prezidentinin keçirmiş olduğu müşavirədə ölkənin sosial-iqtisadi inkişafına, qarşıda duran hədəflərə, eyni zamanda 6 ay ərzində keçilən yola ciddi qiymət verildi. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı təbii ki, Azərbaycandan da yan keçmir. Buna baxmayaraq Azərbaycanda vəziyyət kifayət qədər qənaətbəxşdir. İqtisadi inkişafımız göz önündədir. Büdcəyə əlavələrin daxil olması, vergilərin xüsusi olaraq təkmilləşdirilməsi ilə bağlı aparılmış olan islahatlarla əlaqədar neftdən əlavə daxilolmalar hər birimizi sevindirir. 
Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idiBununla yanaşı Cənab Prezident işğaldan azad edilmiş rayonlarda aparılan və aparılacaq işlər üzərində də dayandı. Eyni zamanda Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ortaya qoyuldu və ifşa edildi. Doğrudan da, Ermənistan 2020-ci ilin noyabrında bağlanmış olan Bəyannaməyə və onun bəndlərinə uyğun olan və üzərində götürdüyü öhdəlikləri yerinə yetirmir. Ölkə başçısı bunu xüsusi olaraq 2 baxımdan qeyd etdi. Birincisi, Naxçıvanla Azərbaycan arasında dəhlizin açılması, avtomobil yolunun bərpası ilə bağlı hələ də Ermənistan tərəfindən heç bir işin görülməməsini. Bunun əksinə olaraq Laçın yolunun Azərbaycan tərəfindən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq işlək vəziyyətdə olması Cənab Prezident tərəfindən bir daha önə çəkildi".
Deputatın sözlərinə görə, Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir:
"İkinci vacib məsələ Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan hələ də çıxarılmamasıdır. Bununla bağlı da "10 Noyabr 2020-ci il Bəyannaməsi"ndə xüsusi bənd var. Ermənistan buna da əməl eləmir. Eyni zamanda Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir, lazımi addımları atmır ki, həmin tör-töküntülər Azərbaycan ərazisindən çıxarılsın. Hər ikisi ciddi məsələ olaraq Prezident tərəfindən bir daha önə çəkildi. Mənə belə gəlir ki, Ermənistana sonuncu xəbərdarlıq edildi. Bu xəbərdarlığın xarici işlər nazirlərinin bu gün keçirilən görüşü ərəfəsində edilməsinin özü ciddi önəm daşıyır. Prezident də söylədi ki, sənədlər var və həmin sənədlər yəqin ki, artıq masanın üzərinədir. Yəni, Prezidentin vermiş olduğu mesajlar Azərbaycan xarici işlər nazirinin əlini daha da gücləndirir. Məncə, bu məsələ bu gün keçirilən görüşdə özünün konkret həllini tapmalıdır". 
Rusiyaya xəbərdarlıq edilməsi, mesaj göndərilməsi də çox ciddi qəbul olunmalıdır. Rusiya da öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çünki ermənilər məhz Rusiyanın sülhməramlı qüvvələrinə, onların yardımına söykənərək bunu davam etdirirlər. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının açılması ilə bağlı xəbərdarlıq dayanır". 
Fəzail Ağamalı həmçinin qeyd edib ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxarmalıdır:
"Ermənistan nəticə çıxarmalıdır. Bu hiyləgərliyinə, yeddibaşlı oyunlarına son qoymalıdır. Əgər bütün bunlar olmursa, Qarabağla bağlı, ermənilərlə, statusla bağlı məsələlər ən müxtəlif platformalarda önə çəkilirsə, ölkə başçısının bunlarla bağlı xəbərdarlığı idi. Biz həqiqətən də, tarixi faktlara və hüquqi imkanlara sahibik ki, Zəngəzur statusunu qoyaraq onun Azərbaycana birləşdirilməsi ilə bağlı məsələni həll edək. Hələlik ölkə Prezidenti buna getmir. Çünki görünən budur ki, Cənab Prezident qarşıya qoyulan hədəflərə addım-addım gedir. Belə bir taktika özünü yüksək səviyyədə doğruldub. Dünənki müşavirədə Cənab Prezidentin ortaya qoyduğu qətiyyətli iradə və söyləmiş olduğu fikirlər, bunun da arxasında dayanan mesajlardan Ermənistan ciddi nəticə çıxarmalıdır".
Aydın Nuri

Sosial       Tarix: 16 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri beynelxalq bank mezenne maliyye xeberler bugun metbuat