Azərbaycan Heydər Əliyevin siyasi ideyaları əsasında inkişaf edir

Azərbaycan Heydər Əliyevin siyasi ideyaları əsasında inkişaf edir"Mərhum Heydər Əliyev Azərbaycanın 
xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada 
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə 
türk və dünya tarixində şərəfli yer tutmuşdur".
                                                                          Rəcəb Tayyib Ərdoğan
Parlaq təfəkkürlü, uzaqgörən siyasətçi, çevik idarəetmə, natiqlik məharəti, güclü dövlətçilik duyğusu və  möhkəm iradəyə malik olan, möhtəşəm, bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın qəlbinə yol taparaq, hər kəsin etibarını və məhəbbətini qazanmışdır. 
Tarixin yaddaşında qalmaq hər insana nəsib olmur. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin qismətinə düşüb. Onun vətən və xalq qarşısında xidmətləri misilsizdir. Ulu öndərimizin fəaliyyəti öz əhəmiyyəti ilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxıb. O, zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu, xilaskar kimi qalıb.
Məhz onun dövründə müstəqilliyimizin təməli qoyulub.
60-cı illərə qədər ölkəmiz aqrar ölkə kimi tanınınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Başqa bir irəliləyiş yox idi. Demək olar ki, respublika  durğunluq dövrünü yaşayırdı.
Lakin Heydər Əliyevin hakimiyyətinin ilk illərindən respublika və respublikaya olan münasibət xeyli dəyişdi. Respublikamız iri addımlarla irəliləməyə başladı. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir neçə zavod və fabrik istifadəyə verildi. Yeni iş yerlərinin açılması ilə xalqımızın rifah halı xeyli yaxşılaşmağa başladı. 
Azərbaycan nəhəng tikinti meydançasına çevrildi. Yüksək memarlıq qabiliyyəti olan Ümummilli Lider Heydər Əliyev Bakıda milli üslubda, respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan sarayların, özünün görkəmi ilə şəhərə yaraşıq verən bir çox binaların tikilməsi və xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər qoyulması üçün layihələr imzaladı. 
Azərbaycanın dünyaya yaxından inteqrasiya olunması, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Dahi rəhbərimizin göstərişi ilə respublikada bir sıra təhsil ocaqları yaradıldı.
1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verildi. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-ə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Azərbaycanlı gənclər təhsil almaq üçün bir sıra xarici ölkələrə göndərildi. Buna görə Azərbaycana bir neçə ildən sonra  lazımlı yüksək səviyyədə ixtisaslı gənc mütəxəssislər qayıtdı.
Ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz".
Bildiyimiz kimi, ermənilər Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra dəfələrlə yerli əhaliyə qarşı soyqırımlar törədərək, yurd yerlərimizdən tariximizin izlərini silərək məskunlaşdıqları əraziləri mənimsəməyə çalışıblar. 
Bu səbəbdən uzaqgörən siyasətçi Heydər Əliyev hələ Moskvada işlədiyi dövrdə Bakıda C.Naxçıvanski adına internat tipli Hərbi məktəb yaratdı. Sonralar Azərbaycanda ordu quruculuğunda bu məktəbin böyük rolu oldu. Məhz bu məktəbin minlərlə yetirməsi Qarabağ savaşında düşmənə qarşı vuruşub qəhrəmanlıqlar göstərərək, torpaqlarımızın geri alınmasında iştirak etdi.
Hələ Sovetlər dönəmində Azərbaycanı, onun mədəniyyətini bütün dünyaya tanıtmaq üçün dahi, uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanın tanınmış istedadlı musiqiçilərini, artistlərini, müğənnilərini, bəstəkarlarını, yazıçılarını, şairlərini xarici ölkələrə göndərirdi.
Elə həmin illərdə Heydər Əliyev Azərbaycan SSR konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi daxil etmşdir. Həmin dövrdə isə bunu etmək olduqca böyük cəsarət tələb edirdi.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu  yüksək qiymətləndirmişdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Heydər Əliyev Azərbaycan gənclərinə bir çox xarici dilləri öyrənməyi, ilk növbədə isə öz ana dilini daha mükəmməl bilməyi tövsiyyə edirdi. 
Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycan XX-ci əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək, müstəqil dövlətini yaratmaq missiyasını dahi rəhbər Heydər Əliyev yerinə yetirdi.
Əmək fəaliyyətinə başlayan andan Heydər Əliyev doğma, canından artıq sevdiyi vətəni, xalqı üçün çalışdı. 
Xalqın istəyi və təkidi ilə Bakıya gələn Heydər Əliyev 1993-cü ildə səs çoxluğu ilə Azərbaycanın prezidenti seçildi və yeni qüvvə ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu. Ümummilli Lider prezident seçildikdən sonra andiçmə mərasimindəki nitqində deyib: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı – içtimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. 
Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin may ayında cəbhədə atəşkəsin əldə edilməsinə nail oldu. Sonra dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu və ölkənin dinamik inkişafı üçün zəruri addımlar atdı. Ölkədə sabitlik, əmin-amanlıq yaratdı.
1994-cü ilin sentyabr ayının 20-də "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsi bağladı. Bu müqavilə Azərbaycanın dünya xəritəsində mövqeyini möhkəmləndirdi.
Heydər Əliyevin xalqımızın, dövlətimizin qarşısında misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. 
Ulu öndərin dövlət quruculuğu siyasətininin fonunda gördüyü işlərin və bunun sayəsində əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar.
Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək, yeni zirvələr fəth edir. 
Bu gün bütün dünyaya inteqrasiya olan, hər sahədə durmadan irəliləyən  müasir, müzəffər Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi ideyaları ilə inkişaf edir.
Şəhla Ağbulud
 "Abşeron" qəzetinin baş redaktoru

Siyasi       Tarix: 08 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq. xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. Katz ABŞ və İsrailin İrana müştərək hücumlarının Tehranın strateji qabiliyyətlərin

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun bugunun xeberleri idman xeberleri son xeberler 2026