Azərbaycan I-REC(E) sisteminə qoşulur: bərpa olunan enerji üçün beynəlxalq sertifikatlaşdırma başlanır

Azərbaycan I-REC(E) sisteminə qoşulur: bərpa olunan enerji üçün beynəlxalq sertifikatlaşdırma başlanırAzərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiyahədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq BərpaOlunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyəbaşlayır.
azxeber.com xəbər verir ki, bu təşəbbüs ölkənin uzunmüddətli enerji strategiyası ilə birbaşa vəhdət təşkil edərək, Azərbaycanın bərpa olunan enerji üzrə hədəflərinə çatmasınaxidmət edir. Belə ki, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını40% azaltmağı və 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunanmənbələrin payını 30%-ə çatdırmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə,beynəlxalq səviyyədə tanınan, şəffaf və izlənilə bilən I-REC mexanizminintətbiqi yalnız dekarbonizasiya proseslərini dəstəkləmir, eyni zamanda bərpaolunan enerji mənbələri şəbəkəsinin rəqəmsallaşdırılmasına və enerjiaxınlarının daha dəqiq izlənməsinə mühüm töhfə verir.
I-REC(E) sistemi məhz bu ehtiyacı qarşılayan qlobal mexanizmdir. Bu sistemçərçivəsində təqdim olunan sertifikatlar elektrik enerjisinin bərpa olunanmənbələrdən istehsal olunduğunu təsdiq edir və beynəlxalq bazarlarda sərbəstşəkildə ticarət edilə bilir. Hər bir I-REC sertifikatı 1 1 MVt saat bərpaolunan elektrik enerjisinə bərabərdir və bu enerji istehlakçılarına öz karbonizlərini, xüsusilə "Scope 2" emissiyalarını effektiv şəkildə idarə etməyə imkanverir.
Eyni zamanda, bu mexanizm alternativ enerji müəssisələrinin beynəlxalqplatformada "yaşıl enerji istehsalçısı" kimi qeydiyyatdan keçməsinə imkanyaradır və onların istehsal etdiyi enerjinin dəyərini qlobal bazar səviyyəsindətanınan şəkildə artırır.
Qeyd etmək vacibdir ki, I-REC qlobal mexanizmi I-TRACK Fondu tərəfindənidarə olunur və sistem Evident Registryüzərindən fəaliyyət göstərir. Bu platforma vasitəsilə I-REC sertifikatlarıbeynəlxalq standartlara uyğun olaraq qeydiyyata alınır, izlənilir və emissiyaolunur.
Azərbaycanda bu sistemin tətbiqi ilə ilk dəfə olaraq yerli bərpa olunanenerji istehsalçıları və müəssisələr birbaşa akkreditə olunmuş YerliQeydiyyatçıya müraciət edərək həm yaşıl enerji müəssisələrini beynəlxalqplatformada qeydiyyatdan keçirə, həm də sertifikatlaşdırma prosesindən keçəbiləcəklər. Bu isə prosesi daha əlçatan, operativ və şəffaf edir, eyni zamandayerli bazarın inkişafına və ixraca əlavə stimul verir.
Bu çərçivədə İnvestBaku ölkədə ilk akkreditə olunmuş Yerli Qeydiyyatçı kimifəaliyyətə başlayaraq, I-REC(E) sertifikatlarının qeydiyyatı və emissiyasıxidmətlərini təqdim edir. Şirkət bu sahədə beynəlxalq standartlara uyğun xidmətgöstərməklə yanaşı, həm yerli istehsalçıların, həm də korporativ enerjiistehlakçılarının qlobal yaşıl enerji bazarına inteqrasiyasını dəstəkləyəcək.
Yeni mexanizmin tətbiqi Azərbaycanda bərpa olunan enerji aktivlərinindəyərinin artırılmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və ölkəninregional "yaşıl enerji" mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir.
www.investbaku.az

İqtisadiyyat       Tarix: 10 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xeberler 2026 xabar az son xeberler bugun 2026 azerbaycan