Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul etdi - FOTO

Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul etdi - FOTOAzərbaycan İdman Mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyənat qəbul edib.
KONKRET.az xəbər verir ki, bəyənatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır, eyni zamanda istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir:
"14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.
İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.
Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnən və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış təcavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanıb. İndi göründüyü kimi bunlar boş vədlər imiş.
Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.
Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.
Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik."//APA

İdman       Tarix: 15 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri cəbhədən son xəbərlər sonxeber.az en son xeberler bu gun