Azərbaycan İslandiyaya qarşı - Start heyətlər

Azərbaycan İslandiyaya qarşı - Start heyətlərDÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan – İslandiya matçı üçün heyətlər müəyyənləşib.
KONKRET.az xəbər verir ki, saat 21:00-da başlanacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə.
Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev.
İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen.
Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen.
———–
Bu gün Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.
KONKRET.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 5-ci turda İslandiya ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da "Neftçi Arena"da başlayacaq.
Milli komandamızın üzvü Elvin Cəfərquliyev yüksək hərarət səbəbindən bu görüşdə iştirak etməyəcək. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxma ehtimalı var.
Azərbaycan yığması bu rəqiblə sonuncu dəfə sentyabrın 5-də üz-üzə gəlib və həmin görüşdə Fernandu Santuşun rəhbərliyi altında 0:5 hesabı ilə məğlub olub.
Millimiz bu vaxta qədər qrup oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, eyni rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.
D qrupunun digər qarşılaşmasında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45).
Hazırda turnir cədvəlində Fransa 10 xalla birincidir, Ukrayna 7 xalla ikinci, İslandiya 4 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu – dördüncü yerdədir.
Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransaya qarşı keçirəcək. Oyun saat 21:00-da başlanacaq.
DÇ-2026, seçmə mərhələ – 5-ci tur
13 noyabr
D qrupu
21:00 – Azərbaycan – İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
VAR: Momçilo Markoviç (Serbiya)
AVAR: Aleksandar Jivkoviç (Serbiya)
Məkan: "Neftçi Arena"

İdman       Tarix: 14 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026