Azərbaycan İsrail - İran qarşıdurmasında kimi seçəcək? - TƏHLİL

Azərbaycan İsrail - İran qarşıdurmasında kimi seçəcək? - TƏHLİLİranla İsrail arasında gərginliyin artdığı bir zamanda Azərbaycanın təmkinli mövqe sərgiləməsi, bir çox halda reaksiya verməməsi diqqət çəkir.
Prinsip etibarilə Azərbaycanın məsələyə münasibət bildirməyəcəyi, daha dəqiq desək, tərəf tutmayacağı bəlli idi. Rəsmi Bakı ənənəvi münaqişələrə qarışmamaq siyasətini qoruyur. Bunun ümumi mənada qəbul edilmiş adı balanslı siyasətdir.
Azərbaycan bu günə qədər hər hansı regional münaqişədə, geosiyasi qarşıdurmada konkret tərəf tutmayıb. Daha çox tərəfsiz mövqe sərgiləyib, problemlərin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib.
Məsələn, Kəşmir münaqişəsinin iştirakçılarından olan Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Bakı bu amilə və Hindistanın Ermənistanı silahlandırmasına baxmayaraq konkret tərəf tutmur. Rusiya-Ukrayna müharibəsini digər bir nümunə kimi göstərmək olar. Rusiya Moskva bəyannaməsi ilə Azərbaycanın rəsmi 3 müttəfiqindən biridir. Bununla belə Bakı Moskvanın işğalçı müharibəsini dəstəkləmir, lazım gəldikdə Kiyevə humanitar yardımlar edir.
Azərbaycanın rəsmi səviyyədə tanınan üç müttəfiqi, birdən çox starateji tərəfdaşı və əməkdaşlıq etdiyi ölkələr var. Bununla belə Bakı balans siyasətinin pozulmamasına çox həssas yanaşır. İranla Azərbaycan arasında vaxtaşırı problemlər yaşansa da, Bakının Tehran əleyhinə heç bir fəaliyyəti olmayıb. Halbuki İsrail Azərbaycanın strateji tərəfdaşlarından biridir, yəni İrandan bir pillə daha yuxarıdadır.
O zaman sual yaranır: Azərbaycan nə vaxt, hansı halda bir ölkəni konkret dəstəkləyə və tərəf tuta bilər?
Bakı sadəcə rəsmi şəkildə müttəqifi olan, ya da üst səviyyədə strateji tərəfdaşlıq etdiyi ölkələrə hərbi-siyasi yardım göstərə bilər. Lakin bu da yetərli deyil. Qeyd edilən iki kateqoriyadan olan bir ölkəyə rəsmi müharibə elan edilməli və toplu işğala məruz qalmalıdır ki, Azərbaycanın dəstəyi üçün əsas yaransın. Lakin bu da hələ son deyil. Qeyd olunan hal baş verdikdə rəsmi səviyyədə dəstək üçün Bakıya müraciət edilməlidir. Bu müraciətə ölkənin Milli Məclisində baxıldıqdan sonra müsabət cavab verilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri konstitusiyaya görə başqa ölkələrin ərazisini işğal edə, beynəlxalq münaqişələrin parçası ola bilməz. Yəni ordu ölkənin təhlükəsizliyini təmin etməklə mükəlləfdir.
İran-İsrail gərginliyində konkret günahsız tərəf yoxdur. Hər iki ölkə beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozur, insanlıq cinayəti işləyir. Həm Təl-Əviv, həm də Tehran faktiki olaraq nəzarətsiz gücdən istifadə edirlər. Bakı heç vaxt belə bir münaqişənin parçası ola bilməz./politoloq Turan Rzayev / konkret.az

Siyasi       Tarix: 07 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun xeberler bugun en son xeberleri cəbhədən son durum