Azərbaycan Kuboku: "Neftçi" "Sabah"ı məğlub edərək yarımfinala yüksəldi
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
KONKRET.az-ın məlumatına görə, "Neftçi" "Sabah"ın qonağı olub.
Masazırdakı "Bank Respublika Arena"da oynanılan qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 41-ci dəqiqədə Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla bitib. İkinci yarıda "Neftçi" rəqibin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. 61-ci dəqiqədə kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado "Sabah"ı mərkəzə dəvət edib. 31 yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
İlk matç 1:1 hesabı ilə bitdiyi üçün "Neftçi" yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək. "Neftçi" yarımfinalda "Səbail" – "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın edən "Qarabağ" olub. Ağdam komandası növbəti mərhələdə "Qəbələ" – "Sumqayıt" cütünün ən yaxşısı ilə qarşılaşacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu