Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşir
Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
KONKRET.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.
"Şamaxı" evdə "Bakı Sportinq"lə qarşılaşacaq. "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edəcək. Bu cütlərin qalibləri 1/4 finalda bir-birləri ilə üz-üzə gələcəklər.
Həmçinin kubokun son sahibi "Sabah" "İmişli"nin qonağı olacaq. Bu cütün qalibi isə "Qəbələ" – "Şəfa" cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün "Turan Tovuz" və "Zirə" 1/4 finala adlayıblar.
Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.
Azərbaycan kuboku
1/8 final
3 dekabr
14:00. "Şamaxı" – "Bakı Sportinq"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
14:00. "İmişli" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Quba OİK stadionu
19:00. "Qarabağ" – "Karvan-Yevlax"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
"Azərsun Arena"
4 dekabr
15:00. "Qəbələ" – "Şəfa"
19:00. "Araz-Naxçıvan" – "Kəpəz"
19:00. "Difai" – "Sumqayıt"
2 dekabr
"Zirə" – "Neftçi" – 1:0
"Şahdağ Qusar" – "Turan Tovuz" – 1:2
1/4 finalda qarşılaşacaqlar:
"Turan Tovuz" / "Araz-Naxçıvan" – "Kəpəz" cütünün qalibi
"Zirə" / "Difai" – "Sumqayıt" cütünün qalibi
"Şamaxı" – "Baku Sportinq" cütünün qalibi / "Qarabağ" – "Karvan-Yevlax" cütünün qalibi
"İmişli" – "Sabah" cütünün qalibi /"Qəbələ" – "Şəfa" cütünün qalibi

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA