Azərbaycan-Litva münasibətlərinin Avropa İttifaqı ilə əlaqələrin inkişafında da böyük rolu var

Azərbaycan-Litva münasibətlərinin Avropa İttifaqı ilə əlaqələrin inkişafında da böyük rolu varAzərbaycan - Litva arasında çox fəal siyasi dialoq mövcuddur. Eyni zamanda ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrdə də müsbətdir. Cənab Prezident İlham Əliyevin Litvaya səfəri əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmlidir. İki ölkə arasında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə münasibətlər geniş inkişaf edir. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması da qarşıdakı hədəflər sırasındadır. Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsi bu istiqamətdə əlaqələrin daha da genişlənməsindən xəbər verir.
Cənab Prezident çıxışında Azərbaycan torpaqlarının uzun illər ərzində - otuz ilə yaxın Ermənistanın işğalı altında qaldığını və bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyünü söyləyib. İşğal dövründə ərazilərdə bütün infrastrukturun, evlərin, inzibati binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır.
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Litva və  Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Onu da qeyd edim ki, qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Mövcud müasir infrastruktur buna imkan yaradır. Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları mövcuddur. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür.
YAP Abşeron rayon təşkilatının sədr müavini 
Ülvi Salmanov / azxeber.com

Siyasi       Tarix: 26 may 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun idman xeberleri dunya xeberleri butun xeberler