Azərbaycan Mərkəzi Bankında rəhbər vəzifələrə yeni təyinatlar
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor və sədrin müşaviri vəzifələrinə yeni təyinatlar olub.
azxeber.com bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri təyin edilib. Bununla da, baş direktorların sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.
F.İsayev əmək fəaliyyətinə 2005-ci ildə AMB-də başlayıb və son təyinata qədər qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib. Ü.Əliyev isə əmək fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb, ardınca "Moody International LTD" şirkətində, "Azercell Telecom" MMC-də, "PAŞA Bank" ASC-də çalışıb, 2022-ci ildən isə AMB-də müxtəlif vəzifələrdə, son təyinata qədər isə Sədrin ofisi departamentinin direktoru işləyib.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu