Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyırAzərbaycanla Misir arasında hələ orta əsrlərdən dost münasibətləri qurulub. Ortaq mədəniyyətə malik olan hər iki ölkə arasında ta qədimdən xalqlararası əlaqələr olub və hətta sovet dönəmində belə bu isti münasibətlər qorunub saxlanılıb. Müstəqillik illərində isə bu dostluq əlaqələri daha da möhkəmlənib, inkişaf edib. Ümumiyyətlə tarixən ərəb dünyası ilə Azərbaycanın tarixi-mədəni bağlılığı olub. Dinimiz, bənzər mənəvi dəyərlərimiz xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanın bir çox  şair və yazıçıları Azərbaycan dilindən başqa, eyni zamanda ərəb dilində də yazıb yaratmışlar. Bizim dahi şairlərimiz  Nəsimi və Füzulinin məzarları da ərəb dövlətləri ərazisində - Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Füzulinin məzarı isə İraqın Kərbəla şəhərindədir. 
Misir də bir ərəb dövləti olaraq ilk ölkələrdən olub ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra - 1991-ci il dekabr ayının 26-da müstəqilliyimizi tanıyıb. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ildə isə Azərbaycanın Qahirədə səfirliyi açılıb. Misir o dost ölkələrdəndir ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın ərazi müstəqilliyini dəstəkləyib və beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Eyni zamanda Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını bəyənir və dəstəkləyir.
İyun ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qahirədə rəsmi səfərdə olub. Səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, "Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam edəcək. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq  olunur, habelə islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir".
Azərbaycan islam dövlətləri ilə həm ikitərəfli qaydada, həm siyasi, həm də beynəlxalq platformalar üzərində əməkdaşlığı durmadan genişləndirir. 
Bildiyimiz kimi Qoşulmama Hərəkatında çoxlu sayda ərəb ölkələri təmsil olur. Azərbaycan da 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-2022-ci ildə sədrlik Azərbaycana həvalə olunub və çox sevindirici bir  haldır ki, sonrada üzv ölkələrin yekdil səsverməsi ilə Azərbaycanın sədrliyi daha bir il də artırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur".
Azərbaycanın Dövlət başçısı çıxışında eyni zamanda Fələstin-İsrail münasibətlərinə də toxunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır".
Cənab Prezident çıxışında Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirmək işində nail olunan uğurlardan, eyni zamanda 12,7 kilometr dövlət sərhədinin razılaşdırıldığından söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
Artıq Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa-quruculuq işləri gedir. Bir çox dost, qardaş ölkələr burada məktəb, mədəniyyət obyektləri və s. inşa edirlər. Böyük sərmayələr qoyurlar. 30 il əvvəl bu torpaqlardan didərgin salınmış yerli əhali böyük sevinc içərisində öz doğma yerlərinə qayıdır. 
Azərbaycan günbəgün inkişaf edir. Ticarət dövriyyəsi xeyli artıb. Bu gün Azərbaycan-Misir əlaqələri də sürətlə inkişaf edir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Hazırda bu iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır".
Səfər zamanı Azərbaycan və Misir əlaqələrinin daha da genişləndirilməsi üçün bir sıra sənədlər imzalanmışdır.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 11 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər ən son xəbərlər bugün krminal bu gun