"Azərbaycan musiqisini təmsil etməkdən qürur duyuram"

Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təmsil etməkdən qürur duyuram. Artıq dəfələrlə müxtəlif tədbir və konsertlərdə Azərbaycan Dövlət Himnini ifa etmişəm və fəxr edirəm ki, futbol üzrə Azərbaycan milli komandasının Slovakiya ilə səfər görüşündə mavi ekranlar qarşısındakı milyonlarla seyrçi üçün yenidən Azərbaycan himnini səsləndirdim.
KONKRET.az xəbər verir ki, bu fikirləri Avstriyada yaşayan alman-kuba əsilli vokalçı və artist Karen Danqer-Manafzadə UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya-Azərbaycan qarşılaşmasından öncə Azərbaycan himnini səsləndirməsi ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.
Onun sözlərinə görə, stadiondakı tamaşaçıların Azərbaycan himninin musiqi və sözlərindən riqqətə gəlməsi onu gələcəkdə öz repertuarında Azərbaycan musiqisinə daha geniş yer verməyə ruhlandırıb.
Qeyd edilməlidir ki, himnimizin canlı ifası Slovak Futbol Federasiyasının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etməsi əsasında baş tutub. Müraciəti müsbət cavablandıran Karen Danqer-Manafzadə həyat yoldaşı ilə Slovakiyanın Koşitse şəhərində baş tutan oyundan öncə Azərbaycan milli himnini ifa etmək üçün hazırlaşıb.
Xatırladaq ki, Karen Danger-Manafzadə Azərbaycanın Əməkdar artisti, dünyaşöhrətli pianoçu İslam Manafovun oğlu, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin həyat yoldaşıdır və onlar ailəlikcə dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini tərənnüm edir və konsert proqramları ilə çıxış edirlər.//Offsideplus

İdman       Tarix: 10 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçis

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

Konfrans Liqası: III turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın "Atalanta" klubu Qazaxıstanın "Kayrat"

Arsen Venger FIFA prezidenti ola bilər

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir. -a istinadən xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışa

Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki

Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəq

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər sonxeber az sonxəbərlər sonxəbər