Azərbaycan nefti 109 dolları keçdi
Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,54 ABŞ dolları (8,49%) artaraq 109,10 ABŞ dollarına yüksəlib.
Türkiyənin Ceyhan limanında "Azeri Light" neftinin FOB bazasında qiyməti isə 8,49 ABŞ dolları (8,78%) bahalaşaraq bir barel üçün 105,18 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti 7,96 ABŞ dolları (12,65%) artaraq 70,90 ABŞ dollarına, Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin qiyməti isə 10,75 ABŞ dolları (11,42%) yüksələrək 104,92 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üzrə baza qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına əsasən, dünya bazarında xam neftin qiyməti 92 ABŞ dollarından yuxarı ticarət olunur və Yaxın Şərqdə artan hərbi gərginlik səbəbindən həftəlik bahalaşma 12 faizi ötüb.
Buna əsas səbəb ABŞ ilə İran arasında davam edən qarşıdurma, Qırmızı dənizdə neft tankerlərinə hücumlar, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması və Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara dəniz terminalında neft yükləməsini dayandırması göstərilir. Bu amillər qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da gücləndirib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib