Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edildi

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edildiAzərbaycan Respublikasının müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.
Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Siyasi       Tarix: 04 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?

Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiyasını dəyişməyə hazırlaşır. Ermənistanın yeni Konstitusiya layihəsinin mətninin bazar ertəsi ictimaiyyətə açıqlanacağı gözlənilir. Baş nazir Nikol Paşinyan da həmin gün məsəl

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. "Tbilisid

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az ən son xəbər bugünkü son xəbərlər cəbhədən son xəbərlər 2026