Azərbaycan - Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcək

Azərbaycan - Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcəkAzərbaycanla Rumıya arasında dövlətlərarası dostluq və əməkdaşlıq hələ XV əsrdən başlayıb. Bu əlaqələr demək olar ki, tarixdən gələn münasibətlərə söykənir. İki dövlət arasında münasibətlər isə həmişə xoş məramlı olub.
Rumıniya 11 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini qardaş Türkiyədən sonra rəsmi şəkildə  tanıyan ikinci ölkədir. Avropa ölkələri arasında isə ilk ölkədir.  Ölkələrimiz arasında  diplomatik əlaqələr artıq 19 iyul 1992-ci il tarixdə yaradılmışdır.
Rumıniyanın Azərbaycan Respublikasında Səfirliyi 3 noyabr 1998-ci ildən,  Azərbaycanın Rumıniyada Səfirliyi isə  21 may 2001-ci ildən fəaliyyət göstərir.
Bu müddət ərzində Azərbaycan Rumıniya arasında strateji tərəfdaşlıq olub və iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün əlverişlı zəmin formalaşıb.
2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Dövlət başçımızın Rumıniya Respublikasının rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu ildə sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlıgın qurulması haqqında Bəyannamə" imzalanıb.
Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident  İlham Əliyev deyib: "Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik".
Azərbaycan və Rumıniya iqtisadi komissiyası ötən illər ərzində görüşlər keçirib. Bir sıra məsələlər müzakirə olunub. Komissiya bu il də görüşməyi qərara alıb. 
Enerji gündəliyi ilə bağlı əməkdaşlıq üçün də geniş perspektivlər vardır. Bu perspektivlər komissiyanın işini daha da intensivləşdirəcəkdir. Eyni zamanda enerji layihələri Azərbaycan və Rumıniya tərəfdaşlığını şübhəsiz ki, daha da gücləndirəcək.
Azərbaycan və Rumıniya  arasında olan yüksək səviyyədə görüşlər və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Hər bir sahədə olduğu kimi ticari-iqtisadi sahələrdə də ürəkaçan nəticələr mövcuddur. Ticarət dövriyyəsi bu günə kimi iki dəfədən çox artmışdır. Dövriyyənin daha da artırılması nəzərdə tutulub. Belə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. 
Görüşdə energetika sahəsinin müzakirəsinə də geniş yer verilib. Qeyd edilib ki, Energetika təkcə Rumıniya Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.
Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına".
Görüşdə digər sahələrin, eyni zamanda nəqliyyat sahəsinin  də prioritet təşkil edə biləcəyi qeyd olundu. Dövlət başçımız həm  qaz, həm yaşıl enerji dəhlizlərinin  o cümlədən nəqliyyat sahəsinin gözəl nəticələr verəcəyinə əmin olduğunu bildirdi. 
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 06 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 xəbərlər.com cəbhədən son xəbərlər cəbhədən görüntüleri