Azərbaycan SEPAH-ı terror təşkilatı elan edə bilər – İranla bağlı kritik qərar masa üzərində

Azərbaycan SEPAH-ı terror təşkilatı elan edə bilər – İranla bağlı kritik qərar masa üzərindəAzərbaycan Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı verdi. Belə ki, verilən qərar ilə bu ölkədəki səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib. 
Düzdür, Təbrizdəki Baş Konsulluğun fəaliyyəti davam etsə də bütün hallarda bu, iki ölkə münasibətləri tarixində verilən ən sərt qərardır. 
Tehranın cavabı Bakını qane etmir
İran tərəfi maksimum dərəcədə çalışır ki, Azərbaycan səfirliyinə edilən hücumu ailə-məişət zəminində baş verən bədbəxt hadisə kimi təqdim etsin. Rəsmi Bakı isə bu iddianı qəbul etmir. 
Məsələ ondadır ki, Azərbaycan tərəfinin əlində hadisənin terror aktı olduğuna dair rəsmi məlumatlar var. Ehtimal ki, bununla bağlı İran tərəfi də məlumatlandırılıb.
Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, Tehranın öz iddiasından əl çəkməməsi nəticədə Bakının daha radikal addım ataraq Tehrandakı səfirliyin diplomatik fəaliyyətini dayandırması ilə nəticələndi.  
Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirməsi isə müsbət haldır. Çünki hazırda İranda yaşayan kifayət qədər Azərbaycan vətəndaşı və 40 milyondan çox Azərbaycan əsilli İran vətəndaşı var. Bakı bu insanların taleyinə biganə qala bilməz və istəsək də, istəməsək də konsulluğun fəaliyyəti davam etməlidir. 
SEPAH terror təşkilatı elan edilməlidir!
İranın Azərbaycan səfirliyinə edilən hücumu şübhəsiz terror hadisəsidir və bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır. Hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olması və onun SEPAH-la, eyni zamanda SEPAH-ın Azərbaycan qanadı "Huseynuyun" təşkilatı ilə əlaqəli olması da bunu deməyə əsas verir. 
Rəsmi Bakı hadisə ilə bağlı səfirliyin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırsa da bu, kifayət deyil. Azərbaycan tərəfi daha radikal addım atıb SEPAH və onun Azərbaycan qanadı olan "Huseynuyu" terror təşkilatı elan etməlidir. Rəsmi Bakının bu təşəbbüsü beynəlxalq aləmdə müsbət qarşılana, ABŞ, Avropa Birliyi, İsrail kimi ölkələrin də dəstəyinə səbəb ola bilər. 
Onsuz da ABŞ 2019-cu ilin aprelindən etibarən SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bunun məntiqi davamı olaraq 2020-ci ilin yanvarında təşkilatın "Qüds" qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu zərərsizləşdirdi. 
ABŞ-dan sonra Avropa Birliyi də hazırda  SEPAH-ı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Əgər bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq. 
SEPAH-ın terror təşkilatı elan edilməsi Bakıya nə vəd edir?
Bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır. Düzdür, Azərbaycanın indiki məqamda nə İranla hərbi gərginliyə girmək, nə də Tehrana qarşı formalaşacaq ehtimal hərbi koalisiyaya qoşulmaq kimi bir niyyəti yoxdur. Amma bu addım Bakıya Orxan Məmmədov, Tohid İbrahimbəyli və s. SEPAH-a bağlı "Huseynuyu" üzvlərini axtarışa vermək, onları terrorçu kimi həbs etmək və ya antiterror əməliyyatları ilə sıradan çıxarmaq üçün legitimlik qazandıracaq. 
SEPAH-ın və "Huseynuyun"un terror təşkilatı elan edilməsi İranın ölkəmizdəki agentlərini, trollarıni zərərsizləşdirməyə imkanı yaradacaq.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, SEPAH birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur. Ona vurulacaq istənilən zərbə eyni zamanda İran ali dini rəhbərinə vurulmuş zərbə sayılacaq. Bu zərbə İran və Azərbaycan cəmiyyətlərinə bu şəxsin ilahiləşdirilən obrazının dağıdılması demək olar.
Nəhayət, SEPAH-ın terror təşkilatı elan edilməsi Bakının beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edəcək.
Müəllif: Politoloq Turan Rzayev / azxeber.com

Siyasi       Tarix: 01 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 bu gunun xeberleri sou xeberler kriminal