Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib.
KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Srbijagas" şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.
Müqavilə 2024-cü ildə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırılır.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var