Azərbaycan ssenarisi Ukraynada... - Kortunov
ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib.
"Rusiya tərəfinin məqsədi Qərb vasitəsilə Kiyevə siqnal göndərməkdir. Əgər Kiyev Donbasdakı vəziyyəti güc yolu ilə həll etməyə çalışarsa, o zaman 2008-ci ildə Saakaşvilinin aqibəti ilə üzləşəcək. Putin gözləyir ki, Bayden Zelenskiyə onun Donbasdakı vəziyyəti güc yolu ilə həll edəcəyi təqdirdə Qərbdən heç bir dəstək olmayacağını izah etsin", - deyə o bildirib.
Kortunovun fikrincə, bu cür siqnallar Donbasın hərbi yolla həllini müdafiə edən siyasətçilər və hərbçilər üçün çəkindirici vasitə ola bilər:
"Düşünürəm ki, Bayden də Ukraynaya belə bir siqnal göndərməkdə maraqlıdır, çünki ABŞ Ukrayna uğrunda döyüşmək fikrində deyil, ümumiyyətlə, NATO-ya üzv olan digər ölkələr də həmçinin. Burada heç kim Gürcüstan ssenarisinin təkrarlanmasını istəmir, hamı başa düşür ki, burada Azərbaycan ssenarisinin təkrarı baş verməyəcək, çünki Rusiya Donbasda çoxlu Rusiya vətəndaşının olduğunu nəzərə alaraq müdaxilə etmək məcburiyyətində qalacaq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var