Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb

Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıbPrezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi.
Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faizə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik.
İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və indi bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident cənab İlham Əliyev bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.
İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata çatdırılıb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, siyasətimizin mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. İmkan yarandıqca, sosial sahə diqqətdə saxlanılır.
Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. "Yaşıl dünya naminə həmrəy olaq!" çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. "Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır.
Lakin bu da uğursuz oldu" söyləyən Prezident cənab İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. COP29-un Bakı Nailiyyəti kimi dəyərləndirilməsi nəticələr barədə aydın təsəvvür yaradır. Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.
Müsahibədə dövlətimizin başçısı cənab İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr "böl və hökm sür" prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.
Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent / azxeber.com

Siyasi       Tarix: 10 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabınd

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Qarakənd faciəsindən 35 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdü

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Mill


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar en son xeberler xeber az oxu.az xeberler