Azərbaycan və Gürcüstan arasında hər zaman qarşılıqlı dəstək və hörmət olub - XİN rəhbəri
Azərbaycan və Gürcüstan arasında hər zaman dostluq münasibəti, qarşılıqlı dəstək və hörmət olub.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün sözügedən münasibətin bəhrəsini görürük.
"Bu gün iki ölkə arasında olan münasibətlərin ən yüksək dinamikasını görürük. Sabah Gürcüstan Baş nazirinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Xarici İşlər Nazirlikləri olaraq biz mütəmadi olaraq əlaqədəyik. Hər il xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr həyata keçirilir.
Azərbaycan Gürcüstanda bir nömrəli investorlardandır. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyarda yaxınlaşır. Düşünürəm ki, yaxın zamanlarda daha böyük rəqəmlərdən danışa bilərik",- deyə C.Bayramov bildirib.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu