Azərbaycan və İran razılığa gəldi - FOTOLAR
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Görüş zamanı "Bakı – Naxçıvan – Bakı" müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və digər aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib.
Görüş zamanı Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə işçi qrupunun 2021-ci il dekabrın 7-də keçirilmiş birinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfindən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıb.
Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə Astara şəhərinə yola düşüblər.



Turlar.az [newsid: 0-123300]

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni