Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblərFevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Bu barədə azxeber.com- a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, təhsil, mədəniyyət və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tərəflər həmçinin Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar.
Regionda sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin beynəlxalq platformalarda da öz əksini tapdığı vurğulanıb.
İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladığını bildirərək, ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxşı imkanların mövcudluğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sosial       Tarix: 16 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az son xeber xəbər az en son xəbərlər bugün