Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İyulun 23-də Marsol Group və Moldavian Business Club-un (MBC) birgə təşkilatçılığı ilə "Hill" restoranında ənənəvi "İşgüzar Səhər Yeməyi" çərçivəsində B2B görüş baş tutub.
azxeber.com xəbər verir ki, tədbirin açılışında Marsol Group-un direktoru Bilal Qasımlı şirkətin fəaliyyəti, sahibkarlar arasında qurulan əməkdaşlıq platformaları, biznes əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, eləcə də Azərbaycan və Moldova arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Moldavian Business Club-un CEO-su Pokladova İrena klubun fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və üzvlərinə təqdim etdiyi biznes platformaları haqqında təqdimatla çıxış edib.
Görüş çərçivəsində iştirakçı şirkətlər öz fəaliyyət istiqamətləri, məhsul və xidmətləri barədə təqdimatlar edərək təcrübələrini bölüşüb, yeni tərəfdaşlıqların qurulması, qarşılıqlı investisiya və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ənənəvi "İşgüzar Səhər Yeməyi" görüşləri sahibkarların bir araya gələrək yeni işgüzar əlaqələr qurmasına, təcrübə paylaşmasına və uzunmüddətli əməkdaşlıqların formalaşmasına töhfə verməyə davam edir.










Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti