Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verdi

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verdiAzərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib.
Federasiyanın Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, iştirakçılar şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsində mübarizə aparırlar.
Yarışda müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu gənclərə qayğı siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir: "Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar".
Yarışın 1-ci günündə velosipedçilər 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında 1-ci yerə layiq görülüb. U23/Elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped məktəbinin üzvü Lalə Əbdürəhmanova və Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.
Azərbaycan Kubokunun 1-ci mərhələsinin 2-ci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.

İdman       Tarix: 13 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az