Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirirEnerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də bu gün dünyanın prioritet elan etdiyi "yaşıl keçid"in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm "yaşıl" layihələr uğurla icra olunur və sözügedən sahədə gələcəkdə yüksək göstəricilər əldə ediləcəyi proqnozlaşdırılır. Çünki respublikamızın bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik məkanı kimi tanınması, eyni zamanda, enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi ölkəmizin yaxın illərdə bu sahədə də əsas təchizatçılardan birinə çevriləcəyini deməyə əsas verir.
Dövlətimizin başçısı cənab İlham Əliyev iyunun 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri zamanı "Euronews"a verdiyi müsahibədə bir sıra önəmli məsələlərə toxunub, önəmli mesajlar verib.
Dövlət başçısının sözlərinə görə, "Masdar" bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir, potensial var".
"Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir", - Prezident vurğulayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixində "Euronews"a müsahibəsi əslində enerji mükəmməl şəkildə aydınlıq gətirməyə yönəlib: "Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir." Ölkəmizdə artıq 1994-cü ildən başlayaraq 30 ildir ki, "Bakı enerji həftəsi" keçirilir. Bu il keçirilən tədbirdə dünyanın 37 ölkəsindən 300-dən çox nümayəndə iştirak etmişdir. Dövlətimizin başçısının həmin müsahibədə səsləndirdiyi mühüm fikirə diqqət edək: "Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir." Məntiq budur: Azərbaycan iqlim dəyişmələri və enerji problemlərini –başqa sözlə bəşəriyyətin gələcəyini düşünən öncül dövlətlərdən biridir.
Qeyd edək ki, ölkəmizdə 20-25 il müddətinə hesab­lanan "yaşıl enerji" layihələ­ri yerli və xarici ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasə­tinə olan inamın göstəricisi kimi dəyərləndirilib.
Aslan Mehdiyev,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri / azxeber.com

Siyasi       Tarix: 24 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeber cəbhədən son xeber cəbhədən xəbərlər