Azərbaycan yeni təhlükəsizlik formatında: "5+1" nə vəd edir?

Azərbaycan yeni təhlükəsizlik formatında: Mərkəzi Asiya ölkələri böyük güclərin haqsız basqılarına birlikdə cavab verməyi ən doğru seçim hesab edirlər və bu sırada Azərbaycanı özləri ilə birlikdə görməkdən məmnundurlar
KONKRET.azxəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyevin də Astanada iştirak etdiyi dövlət başçılarının sammitində Mərkəzi Asiya "beşliyi"nin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
İlham Əliyev çıxışında dünyada artan təhdidləri yada salıb, deyib ki, bu vəziyyət ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirməyi tələb edir.
Bu kontekstdə İ.Əliyev ötən ay Qazaxıstanda keçirilən və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024″ beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulayıb.
"Mərkəzi Asiya ətrafında əsas dünya oyunçularının beynəlxalq fəaliyyəti son vaxtlar əhəmiyyətli dərəcədə artmışdı. Bölgə ölkələri bu çətin vəziyyətdə öz yollarını tapmağa çalışır, yaxın və uzaq qonşularla əlaqələr qurur. Rusiyadan tam ayrılmanın əsas bazarın itirilməsi və hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə nəticələndiyini başa düşmək bu cür addımları qeyri-real edir. Eyni zamanda Moskvanın regionda rolunun tədricən zəiflədilməsi istiqamətində addımlar atılır. Xüsusilə region ölkələrinin İranın cənub limanları, Transqafqaz və Yaxın Şərq vasitəsilə Qərb bazarlarına çıxması üçün alternativ logistika marşrutlarının axtarışı aparılır. Bu hadisələr fonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələrinin müdafiə birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib". "Yeni Müsavat" xəbər verir ki, bu barədə "Nezavisimaya qazeta" yazıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ehtiyacı var: "Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var. Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün təhlükəsizlik riskləri kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir".
Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev "5+Azərbaycan" formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin – Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyasının hazırlanmasını təklif edib.
Bu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələri Xəzər dənizinin Qazaxıstan sahilində keçirilən "Birləşdik-2024″ əməliyyat-taktiki komanda-qərargah təlimlərində iştirak edib. Orta Asiya ölkələrindən olan kursantların Azərbaycanın hərbi təhsil müəssisələrində hazırlanması da davam etdirilir və regionun müdafiə nazirlikləri ilə Azərbaycanın hərbi idarəsi arasında daimi qarşılıqlı əlaqə aparılır.
"Man"o" Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev "Nezavisimaya qazeta"ya deyib ki, Tokayevin təklifi çox güman ki, qlobal vəziyyətin gərginləşməsinə və dünya gücləri arasında qarşıdurmanın güclənməsinə reaksiyadır. Mərkəzi Asiya Rusiya, ABŞ, Çin, Avropa İttifaqı, Türkiyə və digər güclərin maraqlarının kəsişdiyi əsas regionlardan birinə çevrilib. Amma ekspert hesab edir ki, Mərkəzi Asiya üçün təhlükələrin artmasına baxmayaraq, region ölkələri müdafiə ittifaqı yaratmağa hələ hazır deyil. "Bölgədə bir çox məsələlər, o cümlədən sərhəd və gömrük məsələləri hələ də həllini tapmayıb və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Türk Dövlətləri Təşkilatı (OTS) kimi birliklərlə bağlı fikir ayrılıqları mövcuddur. Regiondakı bütün ölkələr bu inteqrasiya birliklərinin mövqelərini bölüşmürlər. Bu baxımdan, Mərkəzi Asiyada müdafiə ittifaqı ideyasının yaxın gələcəkdə həyata keçiriləcəyinə ciddi şübhələrim var", – deyə Erqaşev bildirib.
Bəs bu təhlükəsizlik formatının perspektivi nə ola bilər?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bildirdi ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan bir neçə platformada birgə fəaliyyət göstərirlər: "Mərkəzi Asiya məkanı Avrasiyanın ən əsas regionlarından biridir. Elə bu səbəbdəndir ki, ABŞ və Çin başda olmaqla, dünyanın bütün böyük güclərinin bu regionda xüsusi maraqları var. Görünən budur ki, böyük güclərin bir çoxunun XVIII əsr işğalçılıq və talançılıq təfəkkürü hələ də dəyişməyib və onlar bu gün də Mərkəzi Asiya ölkələrinə resurs bazarı kimi baxmaqda davam edirlər. Bu isə Mərkəzi Asiya ölkələrinin hökumətlərini ciddi düşündürür və onlar çox haqlı olaraq belə çirkin baxışların layiqli cavabını verə biləcək gedişlər etməyə cəhdlər göstərirlər.
Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyevin "5+Azərbaycan" formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin – Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyasının hazırlanmasını təklif etməsi də təsadüfi gediş deyil. Region ölkələri böyük güclərin haqsız basqılarına birlikdə cavab verməyi ən doğru seçim hesab edirlər və bu sırada Azərbaycanı özləri ilə birlikdə görməkdən məmnundurlar. Hesab edirəm ki, dünyada baş verən mürəkkəb siyasi və hərbi hadisələr dönəmində belə bir birliyin yaranması hər bir üzv dövlət üçün yeni bir dəstək platformasının yaranması demək olacaq".
VI Çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanın belə sammitdə iştirak etməsinin dövlət kimi dünyada önəmini bir daha sübut etdiyini qeyd etdi: "Azərbaycan Mərkəzi Asiya regionunda yerləşməsə də, artıq neçənci dəfədir ki, Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının sammitinə qonaq kimi dəvət olunur. Bu həmin regionun Azərbaycanla əməkdaşlığa verdiyi qiymətdir. Eyni zamanda bu həmin ölkələrin siyasi dairələrinin rəhbərlərinin Azərbaycan Prezidentinin fəaliyyətinin dünyada və regionda təhlükəsizliyin təmin edilməsində, problemlərin həll olunmasında oynadığı rola verdikləri qiymətdir. Cənab Prezidentin təklif etdiyi "5+1″ formatı bu gün regionun, o cümlədən dünyanın maraqlarına cavab verir. Mərkəzi Asiya mürəkkəb bir regiondur. Ancaq bununla belə, həmin regionun liderlərinin əməkdaşlıqda maraqlı olmaları, buna meyl etmələri bir çox problemlərin qarşısını alır. Eyni zamanda həmin region Azərbaycanla əməkdaşlığın əhəmiyyətinə xüsusi fikir verir. Azərbaycan dünyaya bir çıxış qapısıdır. Ölkəmiz özünün imkanları ilə Mərkəzi Asiya ölkələrinin imkanlarını birləşdirməyə meyllidir. Azərbaycanın dövlətçilik təcrübəsi, qonşu dövlətlərlə münasibətlər qurmaq təcrübəsi həmin region dövlətlərinin diqqətini cəlb edir. 5 ölkədən 4-ü türkdilli dövlətlərdir. Tacikistan da bu formatda fəal iştirak edir. Bu 5 ölkədən hər biri ilə Azərbaycanın çox sıx əlaqələri var. Bunların birlik planları bütün sahələri əhatə edir. İlk növbədə bu ölkələrin xalqları birgə olmaq sosial sifarişini verirlər. Təhlükəsizlik, əməkdaşlıq modeli bir çox aktual, fundamental məsələləri özündə ehtiva edir. Bu birgə layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlıq, humanitar sahələrdə sıx əlaqələrin qurulması, mədəniyyət, incəsənət sahələrində əməkdaşlıq deməkdir, bir-birinin uğurlarına sevinmə məsələsidir. Bu sahələr istər-istəməz təhlükəsizlik məsələlərini öndə saxlayır. 5 ölkə və üstəgəl Azərbaycan birgə hərbi-texniki sahədə də fəaliyyət göstərməyə çalışırlar. Bu əməkdaşlıq regionun bu gününün və sabahının təmin edilməsində olduqca vacib bir məsələdir. Həmçinin bu əməkdaşlıq dünyanın digər regionları üçün də nümunə rolunu oynaya bilər"./ "Yeni Müsavat"

Siyasi       Tarix: 14 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib. xəbər verir ki

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yekun bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ba

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli cəbhədən xəbərlər cebheden xeber xeberler bu gun