Azərbaycana gətirilən bibərdə virus aşkarlandı

Azərbaycana gətirilən bibərdə virus aşkarlandıAzərbaycana gətirilən bibərdə virus aşkar edilib.
Bu barədə KONKRET.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə "Amotrade" MMC tərəfindən idxal edilən 23890 kq, "Best Supply Company" MMC tərəfindən idxal edilən 27 807 kq və 11 045 kq, "Palen AS" MMC tərəfindən idxal edilən 14 392 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.
Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.
Qanunvericiliyə uyğun olaraq, 2021-ci il 17 dekabr tarixində "Best Supply Company" MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.
Eyni zamanda "Amotrade" MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib. Hazırda "Amotrade" MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün "Amotrade" MMC", "Best Supply Company" MMC və "Palen AS" MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.

Sosial       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər son xeber.az bugun xeberler apa.az xeberler