Azərbaycanda 674 adda vəzifədə qadınların işləməyinə qoyulan qadağa ləğv edilir

Azərbaycanda 674 adda vəzifədə qadınların işləməyinə qoyulan qadağa ləğv edilirAzərbaycanda 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağa ləğv edilir.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də onlayn keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O, toplantının gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib. M.Quliyev müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayıb. O, dəyişikliklərin pensiya artımlarının vahid indeksasiya metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə ətraflı izahat verib, həmçinin xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstünlüklərinə toxunub.
M.Quliyev gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) insan kapitalının inkişafı sahəsində ölkədə həyata keçirilən işlərin davamı kimi xarakterizə edib. Layihə işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması kimi məsələlərin hüquqi tənzimlənməsini nəzərdə tutur. Həmçinin dəyişikliklərə əsasən, işçilərin attestasiyası, ixtisarı kimi hallarda işçinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
Gündəliyin üçüncü məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən M.Quliyev bildirib ki, bu dəyişikliklər Azərbaycanın gender bərabərliyi siyasətinə növbəti töhfədir. O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etməsindən danışıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.
M.Quliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Azərbaycan Prezidentinin "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.
Qanun layihələrinin müzakirələrində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Arzu Nağıyev, Jalə Əliyeva, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, fikirlərini səsləndiriblər.
Sonra gündəlikdəki 4 qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Soltan Məmmədov, İlham Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Sosial       Tarix: 07 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər xeberlər cəbhədən ən son xəbərlər