Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətinin bahalaşacağı ilə bağlı yayılan xəbərlərə REAKSİYA

Azərbaycanda "Aİ-92" markalı benzinin ölkəmizə idxalı ilə bağlı nazirlər kabineti tərəfindən bir sıra güzəştlər tətbiq olunmuşdu. Lakin bu güzəştlərin müddəti iyun ayının ilk günü başa çatıb. Bu isə əhali arasında narahatlığa səbəb olub. Sürücülər sosial şəbəkələrdə yanacağın qiymətinin növbəti dəfə bahalaşacağı haqda fikirlər səsləndirir. 
Bəs görəsən, növbəti mərhələdə yanacağın qiymətinin bahalaşması gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu, zərurətdən irəli gələn bir məsələdir: "Çünki neftayırma zavodları təmirə bağlananda istehsal prosesində fasilələr yaranır. Nazirlər Kabineti müvəqqəti olaraq ölkəyə idxal edilən yanacağı gömrük rüsumlarından azad edir. Bu da daxili tələbatda bəzi problemlərin yaranmaması məqsədi daşıyır. Proses başa çatdıqdan sonra qərar qüvvədən düşür".
Azərbaycanda Ekspertin fikrincə, qiymətlərin artımı gözlənilmir: "Bu, növbəti dövrlərdə Azərbaycanda yanacağın qiymətinin artması ilə bağlı heç bir təzyiq yaratmayacaq. Azərbaycan özü "Aİ-92" markalı benzini istehsal edir. Daxili tələbatı müəssisələr işlədiyi dövrdə tam təmin edə bilir. Qiymət artımı üçün ciddi əsas yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 03 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. . Mərhu

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeber az xankendi son.xabar