Azərbaycanda ata oğurladığı pulla qızına toy etdi

Azərbaycanda ata oğurladığı pulla qızına toy etdiXaçmaz rayonunda tanışının cibindən 1 400 manat pul oğurlayan kişinin məhkəməsi keçirilib.
azxeber.com Publika.az-a istinadən xəbər verir ki, Quba rayonu Atuc kənd sakini olan 1980-ci il təvəllüdlü Əzim Əzizov Xaçmaz Rayon Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə təqsirləndirilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, Əzim yaşadığı Quba rayonundan Xaçmaz şəhərinə gedərək iş axtarıb. O, Xaçmazda iş adamı, çörəkbişirmə sexinin sahibi Vahid adlı şəxsə yaxınlaşıb. Vahid ona sexdə iş olmadığını deyib. Lakin Armudpadar kəndində yerləşən bağ evində həyətdə işləyərək orada qala biləcəyini söyləyib. Bundan sonra Əzim həmin bağa gedib və orada mühafizəçi kimi qalan İsmayıl adlı pensiyaçı ilə birgə işləməyə başlayıb. Onlar eyni otaqda qalıblar.
Həmin günlərin birində Əzim İsmayılın yatmasından istifadə edərək onun bir neçə aydır pensiyası hesabına yığaraq üzərində saxladığı 1 400 manatı gecə saat üç radələrində götürüb. Oğurladığı pulları və öz əşyalarını toplayan Əzim gecə vaxtı oranı tərk edərək qaçıb. O, Quba rayonunda yaşadığı evə gedib və gətirdiyi pulları işləyərək qazandığını deyib və həmin vəsaitlə qızına toy edib.
İsmayıl isə başına gələn hadisə ilə bağlı polisə müraciət edib.
Məhkəmədə zərərçəkən şəxs Əzimin oğurladığı pulları qaytarmadığını deyərək onun həbs edilməsini tələb edib.
Xaçmaz məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əzim Əzizov iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Polis nəzarəti altında olan 44 yaşlı kişi məhkəmə zalında həbs edilib.

Sosial       Tarix: 16 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur


azerbaycan xeberleri son xeberler yeni xeberler bugun xeberler valyuta mezenesi cəbhədən son durum en son xeberler