Azərbaycanda benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dən

Azərbaycanda benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dənRusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib
Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Rusiyanın benzin idxalına qadağa qoyması Azərbaycanda benzinin qiymətlərinə birbaşa təsir göstərməməlidir:
"Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Nəzərə alsaq ki, premium markalı benzində mənbələr tapmaq və idxalı əvəzləmək mümkündür, bunu ciddi bir problem yaratama ehtimalı azdır. Çünki praktiki olaraq region ölkələrində premium markalı benzin istehsalı həyata keçirilir. Bu da Azərbaycana imkan verir ki, daha qısa zamanda, bir ölkədə idxalla bağlı qadağa müəyyənləşirsə, digər ölkədən həmin benzinin idxalını həyata keçirə bilsin. Buna görə də bu, Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı hər hansı bir iqtisadi zəmin yaratmamalıdır".
Deputat qeyd edib ki, sahibkarlar tərəfindən bundan istifadə edilərək süni qiymət artımına gedilməsi heç bir halda arzuolunan deyil.
Onun sözlərinə görə, Dövlət Neft Fondu qısa zamanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalını reallaşdırmalıdır, çünki Azərbaycan neft ölkəsidir və Azərbaycanda premium markalı benzinin istehsalı vacibdir:
"Buna görə də, Rusiya tərəfinin ixraca müəyyənləşdirdiyi qadağalar həm də Azərbaycan üçün premium markalı benzinin istehsalını tezləşdirməsi baxımından da bir mesaj kimi qiymətləndirilməlidir. Çünki bu ondan xəbər verir ki, istənilən zaman idxalla bağlı müəyyən çətinliklər ola bilər. Ona görə də daha məqsədəuyğundur ki, Azərbaycanın özündə yerli Aİ-95 premium markalı benzinin istehsalına keçirilsin".
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanını benzin idxalına qoyduğu qadağa ilk deyil:
"Bundan əvvəlki vaxtlarda belə qərarlar qəbul edilərkən Rusiya hökuməti müəyyən qaydalarla ixraca icazə verirdi. Bəzi ölkələrə benizini almaq üçün xüsusi lisenziyalar verirdilər və Azərbaycan o zaman bu şəraitdən istifadə edib benzin alırdı. Yəni bu tam olaraq benzinin qadağan olunduğu anlamına gəlmir. Eyni zamanda Azərbaycan təkcə Rusiyadan yox, Rumıniyadan da Aİ-95 və Aİ-98 markalı benzin alır. Yəni Rusiya tamamilə qadağa qoyarsa, Rumıniyadan almaq imkanlarımız var".
İqtisadçı qeyd edib ki, Azərbaycanda Aİ-95 premium markalı beniznin qiyməti zatən kəskin artaraq 2 manat oldu və həmin zaman dünya bazarında neftin qiyməti 118-120 dollar aralığında dəyişirdi. Onun sözlərinə görə, hazırda neftin qiyməti 82-90 dollar arasıdır, təxminən qiymət 30-35 dollar düşüb, amma bizdə benzin ucuzlaşmadı: "Hazırda ölkədə benzin qiymətinin artırılması üçün iqtisadi reallıq yoxdur. Yəni bir tək Rusiyaya görə benzinin qiymətinin artırılmasına ehtiyac yoxdur". / azxeber.com

Sosial       Tarix: 01 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Nənəmin təndiri'ndə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a nazirlikdən məluma

Toydan çıxan piyadanı avtomobil vurdu

Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurub. -a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, 1991-ci il təvəllüdlü Cahid Lələyevi avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanay

nFhpcOTDmwZcxZGkBPRaRqUg5FVZDYmh3ztyWkB3_1200

Şəmkirin Varlı Həyat kəndində evdə kişi və qadın meyiti aşkarlanıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin evdə meyiti aşkar edilib. Eyni zamanda 58 yaşlı kişinin yanında qadın meyiti də aşkarlanıb. Hazırd

Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?

Dünya diplomatiyasında növbəti gərgin həftə başlayır. Bu dəfə danışıqlar masasının arxasında yalnız amerikalılar və ukraynalılar toplaşmır. Avropa öz gələcəyinin müzakirəsində iştirak etmək niyyətindədir. Axios-un məlumatın

Embawood'un anbarından meyit tapıldı

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb. Məlumata görə, 50 yaşl

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Minimum maaşla bağlı müjdə: 100 manat artım

Azərbaycanda minimum əmək haqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. KONKRET. -a istinadla xəbər verir ki, minimum əmək haqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. . Mərhu


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler son.xabar bu gunun xeberleri cəbhədən yeni xəbərlər