Azərbaycanda bu nazirliklə bağlı mühüm xəbər - Təsdiq olundu

Azərbaycanda bu nazirliklə bağlı mühüm xəbər - Təsdiq olunduNaxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin 2024-cü il üçün İş Planı təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Belə ki, Naxçıvan Maliyyə Nazirliyində 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Muxtar Respublikanın maliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov iclası giriş sözü ilə açaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasından, ərazi bütövlüyümüzün bərpa edilməsindən, Azərbaycanda gündən-günə daha geniş vüsət alan sürətli inkişafdan bəhs edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran məsələrə dair çıxış edən nazir müavini qeyd edib ki, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan üçün uğurlu bir il olub.
Belə ki, 2023-cü ildə Muxtar Respublikanın büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 % və ya 184 milyon 385 min 484 manat məbləğində icra edilib, büdcəyə nəzərdə tutulandan 32 milyon 163 min 484 manat çox vəsait toplanıb.
Hesabat ili ərzində Naxçıvanın büdcəsinin xərcləri 605 milyon 013 min manat proqnoza qarşı 16,6 % və ya 100 milyon 696 min 957 manat az, 504 milyon 316 min 058 manat məbləğində icra edilib. Bu məbləğ 2022-ci ilin analoji xərc göstəricisindən (605 milyon 869 min 766 manat) 101 milyon 553 min 723 manat azdır.
Diqqətə çatdırılıb ki, təşkilatlar və digər bütün büdcə iştirakçıları üzrə əvvəlki illərə nisbətdə sosial xərclər, stimullaşdırıcı mükafat və maddi yardımlar həcminə görə müsbət artımla icra edilib.
Həmçinin bildirilib ki, 2023-cü ildə Azərbaycanın mərkəzləşdirilmiş xərclərindən Naxçıvanın büdcəsinə ayrılan dotasiya nəzərdə tutulandan (452 milyon 791 min manat) 30,43 % və ya 137 milyon 791 min manat az, 315 milyon manat məbləğində icra edilib. 2023-cü ildə alınmış dotasiya 2022-ci illə müqayisədə (425 milyon manat) 110 milyon manat az olub.
Gəlir və xərclərin təhlili zamanı Azərbaycanın mərkəzləşdirilmiş xərclərindən alınmış dotasiya məbləği Naxçıvanın 2023-cü il büdcə xərclərinin maliyyələşdirilməsində 62,5 % təşkil etdilməsinin müşahidə edildiyini qeyd edən nazir müavini vurğulayıb ki, bu, 2023-cü ildə Naxçıvanın büdcə xərclərinin 37,5 %-nin yerli yığımlar hesabına təmin edilməsi deməkdir və əldə olunan göstərici indiyə qədərki ən yaxşı göstəricidir.
Daha sonra Naxçıvanın 2024-cü il büdcəsi haqqında danışan H. İsmayılov qeyd edib ki, Muxtar Respublikanın 28 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il büdcəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılıb ki, bu məbləğ 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 % çoxdur.

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az