Azərbaycanda bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Fevralın 1-nə olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə azxeber.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, Naxçıvan, Şahbuz, Lerikdə 1 sm olub.
Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 mm, Lənkəranda 5.0 mm, Göytəpə, Astarada 4.0 mm, Ağdərə, Cəfərxanda 3.0 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 mm-dək olub.
Duman: Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.
Havanın temperaturu yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu