Azərbaycanda çörəyin qiyməti bahalaşıb? - VİDEO

Azərbaycanda çörəyin qiyməti bahalaşıb? - VİDEOAzərbaycanda dünəndən etibarən bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Artım xüsusilə "Çörəkçi" və "Nömrə 1" çörək zavodlarının məhsullarında hiss edilib. Lakin heç də bütün istehsalçılar qiyməti artırmayıb.
Azxeber.com xəbər verir ki, "oxu.az" qiymətin artmasına səbəb olacaq amilləri araşdırıb.
"Nömrə 1" çörək zavodunun satış müdiri Rahim Nizaməddinov qiymət artımını məhsulun hazırlanmasında istifadə edilən xammalın dəyərinin və daşınma xərclərinin artması ilə əlaqələndirib:
"Daşınma xərclərimiz artıb. Nəzərə almaq lazımdır ki, məhsullarımızı marketlərə və digər obyektlərə yük avtomobilləri ilə paylayırıq. Eyni zamanda biz çörəkləri qablaşdırarkən paketlərdən istifadə edirik və bu malların dəyərində də 20 faizə yaxın artım baş verib.
Hazırda şirkətimizdə 700-ə yaxın əməkdaş çalışır və biz ixtisara getməmək, eyni zamanda digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq. Hazırda çörək məhsullarımızın qiymətində əsasən 4-5 qəpik, bəzi çeşidlərimizin qiymətində isə 10 qəpik artım var".
"Çörəkçi" zavodunun məhsullarında qiymət artımına aydınlıq gətirən şirkətin hüquq departamentinin direktoru Akif Abbasov da bunu məhsulda istifadə olunan xammalın dəyəri və logistika xərcləri ilə izah edib:
"İlin əvvəli ilə müqayisədə taxılın qiymətinin artması, eləcə də paketlənmədə istifadə olunan xammalın, daşınma xərclərinin artması qiymət artımına səbəb olub. Digər tərəfdən çalışanlarımızın da əməkhaqqılarını müvafiq səviyyədə saxlamaq üçün qiymət artıma gedilib".
Paytaxtın ən böyük çörək tədarükçülərindən olan "Bakıxanov" çörək zavodunun icraçı müdiri Elman Bağırov isə hazırda zavod çörəyinin qiyməti ilə bağlı heç bir dəyişiklik edilmədiyini qeyd edib, bununla belə əsas tərkib hesab edilən unun qiymətində kəskin artım olduğu təqdirdə qiymətin dəyişə biləcəyini istisna etməyib:
"Unun qiymətində hər hansı kəskin dəyişiklik olmasa qiymətdə dəyişiklik edilməyəcək. Hazırda isə mağazalardakı çörəklərimizin qiyməti 50 qəpikdən çox deyil və heç bir sahibkarın da məhsulu bu qiymətdən artıq satmağa ixtiyarı yoxdur".

İqtisadiyyat       Tarix: 15 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar son xeberler bu gun havanın temperaturu cebheden xeber