Azərbaycanda dolların qiyməti ilə bağlı VACİB XƏBƏR: Bu tarixdə devalvasiya OLACAQ?

Azərbaycanda dolların qiyməti ilə bağlı VACİB XƏBƏR: Bu tarixdə devalvasiya OLACAQ?Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.
İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".
Bəs dollara tələbin artması fonunda 2024-cü ildə mümkün devalvasiya riski varmı?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a bildirib ki, dollara tələbin artmasında bir çox amillər rol oynayır: "Dollara tələbin yüksək olması həm dövlət xərclərinin, həm də idxalın artması ilə bağlıdır. Çünki dövlət xərcləmələri birmənalı şəkildə daha çox vəsaitin pul dövrüyəsinə daxil olmasına və onların bir qisminin idxal və yığım vasitəsilə dollar tələbi yaratmasına səbəb olur. Amma dekabr, yanvar və fevral ayı ilə müqayisədə prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının xüsusən də ilin əvvəli ilə müqayisədə nisbətən stabilləşməsini müşahidə edirik".
Deputat qeyd edib ki, Mərkəzi Bank ötən ilin sonunda da, bu ilin əvvəlində də prosesi nəzarətdə saxlaya bilib. Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiya imkanları var və bundan faydalanaraq prosesə təsir göstərmək mümkündür:
"Amma növbəti dövrdə milli valutamızın məzənnəsinin necə dəyişməsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank praktiki olaraq intervensiya yolu ilə proseslərə təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda neftin dünya bazar qiyməti də bütövlükdə valyuta tələblərinə təsir göstərən faktorlardan biridir. Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün birmənalı şəkildə milli valyutamızın növbəti dövr üçün kursu Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
İqtisadçı Xalid Kərimli isə bildirir ki, 2024-cü ildə devalvasiya olacağını demək çətindir:
"Ən azından indiki göstəricilər çərçivəsində bu real deyil, proqnozlaşdırılmır. Bu Məkəzi Bankın səlahiyyətində olan bir məsələdir. Bizdə qiymətlər bazarda formalaşmır. Dolların artım səbəbi 2024-cü ildən başlayaraq dövlətin proyektləri bağlı iqtisadi aktivlikdir. Ölkədə  COP-29 keçiriləcək. Bu olduqca böyük bir tədbirdir. Bunun hazırlığı üçün ciddi işlər görülür. Artıq yenidənqurma işləri əvvəlki illərlə müqayisədə daha çox vüsət alıb".
İqtisadçı əlavə edib ki, dollara tələb artsa da, neftin və qazın qiymətləri hökumət üçün konfortlu zonadadır, vəsaitlər gəlir və narahatlıq yaratmır. Dolların qiymətinin il ərzində bahalaşacağını demək çətindir.

Sosial       Tarix: 08 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi oxu.az xeberler cəbhədən ən son xəbərlər dunya xeberleri