Azərbaycanda Əməkdar rəssam vəfat edib - FOTO

Azərbaycanda Əməkdar rəssam vəfat edib - FOTOƏməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.
Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın Türkiyədə (2009), "Bakı-Berlin" Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim" (2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilib.
İ.Məmmədov "Göl kənarında" (1993), "Abşeron bağları" (1997), "Toxucu qadın" (1998), "Bakı bağları" (1999), "Toxucu qız" (2000), "Çətirli qadın" (2000), "Bakı Venesiyası" (2005), "Aşıq Pəri" (2005), "İsmayıllı" (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
Azərbaycanda Əməkdar rəssam vəfat edib - FOTO/ azxeber.com

Sosial       Tarix: 23 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumların

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər en son xeber oxu.az xeberler sonxəbər