Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilərNazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydalarını təsdiq edib. Yeni sənədlə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması, təqdim edilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.
Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda, əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır.
"Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək.
Buraya təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək", - deyə o bildirib. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler xəbər az en yeni xeberler qarabag