Azərbaycanda ət idxalı artdı - bu qiymətlərə təsir edəcək?

Azərbaycanda ət idxalı artdı - bu qiymətlərə təsir edəcək?Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Dövlət Gömrük Komitəsi bildirib ki, bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. 3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
İqtisadçı ekspert Elşən Bağırzadə azxeber.com-a açıqlamasında bildirib ki, ət idxalının artması ilk növbədə bazarda təklifin artması deməkdir:
"Azərbaycanda ət idxalının artması ilk növbədə bazarda təklifin artması deməkdir. Qısa müddətdə bu tendensiya qiymətlər üzərində sabitləşdirici təsir göstərir, çünki əlavə idxal daxili tələbi qarşılamağa kömək edir və bazarda kəskin bahalaşmanın qarşısını alır. Xüsusilə, yerli istehsalın mövsümi və struktur məhdudiyyətlərlə üzləşdiyi şəraitdə idxal müəyyən mənada "tənzimləyici mexanizm" rolunu oynayır".
İqtisadçı deyib ki, bu prosesin uzunmüddətli təsirləri daha diqqətlə qiymətləndirilməlidir:
"Bu prosesin uzunmüddətli təsirləri daha diqqətlə qiymətləndirilməlidir. Davamlı idxal artımı yerli istehsalçıların bazar mövqeyini zəiflədə, onların gəlirliliyini azalda və nəticədə investisiya motivasiyasını aşağı sala bilər. Bu isə kənd təsərrüfatında məhsuldarlığın artırılması və modernləşmə proseslərini ləngidə bilər. Digər tərəfdən, ərzaq məhsulları üzrə idxaldan asılılığın artması ölkəni xarici bazarlardakı qiymət dəyişikliklərinə, logistika problemlərinə və valyuta risklərinə daha həssas edir. Bu baxımdan məsələ təkcə qiymət deyil, həm də ərzaq təhlükəsizliyi kontekstində strateji əhəmiyyət daşıyır".
O qeyd edib ki, burada əsas məsələ düzgün balansı qorumaqdır:
"Burada əsas məsələ idxalı məhdudlaşdırmaq deyil, düzgün balansı qorumaqdır. Dövlət siyasəti qısa müddətdə qiymət sabitliyini təmin etmək üçün idxaldan istifadə etməklə yanaşı, paralel şəkildə yerli istehsalın rəqabət qabiliyyətini artırmağa yönəlməlidir. Xüsusilə yem bazasının inkişafı, texnologiyaların tətbiqi və fermerlərin maliyyə əlçatanlığının yaxşılaşdırılması kimi tədbirlər uzunmüddətli dayanıqlılıq üçün həlledici rol oynayır".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 24 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər